“Ölkələr inkişaf edir və zamanla dəyişirlər” Dünya

“Ölkələr inkişaf edir və zamanla dəyişirlər”

Tanınmış politoloq Cozef Nay öz müsahibəsində İran və ABŞ arasında münasibətlərin gələcəyinə aydınlıq gətirib

Cavid

Professor Cozef Nay Con F.Kennedi adına Harvard Universitetinin dövlət idarəetmə fakultəsinin keçmiş dekanıdır. Hazırda o Harvard Universitetində əməkdar professor olaraq fəaliyyət göstərir. O Robert Keohanla birlikdə beynəlxalq münasibətlərdə neoliberalizm nəzəriyyəsinin əsasını qoyub. Daha sonra isə tez-tez istifadə olunan "yumşaq güc" və "ağıllı güc" terminlərinin müəllifidir. O politologiya, diplomatiya və beynəlxalq əlaqələr sahəsində dünya səviyyəsində aparıcı mütəxəssislərdən biridir. 2011-ci ildə TRIP sosial agentliyi son 20 il ərzində beynəlxalq münasibətlər sahəsində nüfuzlu alimlər arasında Cozef Nayı 6-cı yerə layiq görüb, 2014-cü ilin oktyabrında isə ABŞ dövlət katibi Con Kerri onu xarici işlər üzrə siyasi şuranın tərkibinə daxil etdi.
"İransview"ə istinadən Moctaba Musəvinin dr. Cozef Naydan aldığı müsahibəni təqdim edirik.
- 1989-cü ilin noyabr ayında Berlin divarının yıxılmasından əsrin dörddə bir hissəsi keçdi. Bir çox strateji analitiklər hesab edir ki, İranla qarşıdurmada ABŞ hələ də Şərqi Avropada kommunizmin iflas etməsinin nümunəsini istifadə edir. "Yumşaq güc. Dünya siyasətində uğur qazanmağın yolları" adlı kitabınızda siz sovet yumşaq gücünün komponentlərinin zəiflədilməsi üçün istifadə olunan Amerika təcrübəsinə və Marşal Planının hədəfinə işarə edirsiniz. Siz hesab edirsiniz ki, soyuq müharibə dövründən qalmış bu anlayışlar İranın yumşaq gücünün dağıdılmasında istifadə oluna bilər?
- Düşünmürəm ki, İranın hazırki vəziyyəti soyuq müharibəni xatırladır. Şərqi Avropada və Sovet İttifaqında Kommunizm öz daxili iqtisadi ziddiyətlərinin nəticəsində dağıldı. Marşal Planı 40 il öncədən yaranmışdı və İkinci Dünya Müharibəsindən sonra qalan fəsadları aradan qaldırmaq üçün Qərbi Avropanın iqtisadiyyatına kömək etmək məqsədi daşayırdı. Sofet İttifaqı Macarıstan və Çexoslovakiyayanın ərazisinə daxil olduqdan sonra öz "yumşaq gücünü" itirdi. Bütün bunlardan İranın çıxara biləcəyi bir dərs ola bilər: bazar və cəmiyyətin azadlığı təmin etmək, eyni zamanda qonşu ölkələrin müdaxiləsindən çəkinmək lazımdır.
- Bu əsaslandırmada iki əsas çatışmamazlıq var, çünki Sovet Rusiyası və İran yalnız nəzərəçarpan ideolojojı fərziyyələri baxımından deyil, həm də yumşaq güclərinin xarakteri baxımından fərqlənirlər. İran öz ideologiya konsepsiyasını Şiə İslamı əsasında formalaşdırır, Sovet Rusiyası isə ateist marksizmdən yaranıb. ABŞ-ın bəzi tənqidçiləri hesab edir ki, Vaşınqton İran və Sovet Rusiyası arasında mövcud olan fundamental və fəlsəfi fəqliliklərə əhəmiyyət vermədi. Siz Vaşınqtonun İrana olan münasibətini necə qiymətləndirərdiniz? Biz soyuq müharibə strategiyasının təkrar olunmasını müşahidə edirik? Belə olduğu təqdirdə bu yanaşma Amerikanın xeyrinə olacaqmı?
- Bu doğrudur, lakin yadda saxlamaq lazımdır ki, Şiə İslamı azlıq təşkil edir və İran dinlərarası mübahisələrə müdaxilə edərkən ehtiyatlı davranmalıdır. Mən burada soyuq müharibə strategiyasının təkrarlandığını müşahidə etmirəm. Barak Obama dövlət başçısı olduğu ilk gündən etibarən dialoqlara açıq olduğunu bildirir. İlk öncə İran dialoq aparmaqdan imtina edirdi.
- Sovet İttifaqı süqut etdi, Rusiya kapitalizmə keçid aldı və nəticədə kommunizm müəyyən həddə fiaskoya uğradı. Bununla belə, Moskva heç kimin əsarəti altına düşməyərək siyasi müstəqilliyini qoruyub saxladı. İranın da bunu edəcəyini, yəni ilkin "inqilabi ideologiyasından" imtina edərək, Amerika imperializminə qarşı çıxmasını təsəvvür etmək mümkündürmü? Nəticə etibarı ilə, müxtəlif şəkildə müqavimət göstərmək və çağırışlar səsləndimrək olar.
- Rusiyada kapitalizm korrupsiya tərəfindən həddindən artıq dərəcədə təhrif olunmuşdur. "Amerika əsri başa çatdı?" adlı kitabımda da qeyd etdiyim kimi Rusiya gəlir mənbələrindən biri olan və ixracının üçdə iki hissəsini təşkil edən enerji resurslarından son dərəcə asılıdır. O, həmçinin demoqrafik tənəzzülə məruz qala bilər. Bu müsbət hal deyil, çünki nüfuzlarını itirməkdə olan dövlətlər adətən böyük risklərə gedirlər, bunun bariz nümunəsi olaraq Ukrayna və Suriyaya müdaxilə edən Rusiyanı göstərmək olar. İranın gələciyinin necə olacağına dair heç bir fikrim yoxdur, lakin düşünürəm ki, Rusiyanın modelinə uyğunlaşmaq yanlış addım olardı.
- Prezident Riçard Nikson Sovet Rusiyası ilə Amerikanın apardığı danışıqları "müharibəsiz qələbə" adlandırıb. Ölkənin "daxili süqutuna" gətirib çıxaran qeyri-hərbi xarakterli tədbirləri prezident Nikson başlatdı, prezident Ronald Reyqan isə davam etdirdi. Prezident Barak Obama isə müsahibələrin birində analojı strategiyaya istinad edərək , apardığı siyəsətdə Nikson və Reyqanın Sovet İttifaqı və Çinə tətbiq etdiyi strategiya kursundan ilhamlandığını bildirdi.
Obamanın bu şərhləri İranla nüvə sazişini imzaladıqdan sonra səsləndirdiyini nəzərə alsaq, sizcə, ABŞ yaxınlaşma və barışdan çox bu vəziyyətin saxlanılmasının tərəfdarıdır? Obama soyuq müharibənin ssenarisini təkrarlayır?
- Öncə də qeyd etdiyim kimi, mən düşünmürəm ki, Obama soyuq müharibənin strategiyasını tətbiq etməkdədir. Mənim şəxsi fikrim ondan ibarətdir ki, Yaxın Şərqdə son on il ərzində çoxsaylı inqilablar baş verir; bu inqilablar əsasən ABŞ kimi qüdrətli dövlətlərin nəzarət edə bilmədiyi sünni bölgələrdə qalxır. Bu nöqteyi nəzərdən İŞİD və onun davamçılarının saxlanılmasında bir məna var, lakin böyük miqyaslı müdaxilələrin (məsələn İraqda gedən müharibə) heç bir mənası yoxdur. Bütün bu qarışıqlığın içində İranın hansı yeri tutaçağı onun davranışından asılı olacaq.
- İran nüvə razılaşması Yaxın Şərqdə Amerikanın nüfuzunun artmasına, İranın isə zəifləməsinə gətirib çıxaracaq?
- Zənn etmirəm ki, İran nüvə razılaşması Amerikanın nüfuzunu artıracaq, İranınkını isə zəiflədəcək. Bir çox hal İranın hansı davranışları sərgiləcəyindən asılı olacaq.
- Sizcə, ABŞ-ın "yumşaq" və "ağıllı" gücünün artmasına göstərdiyi səylər İranda ideoloji konsepsiyanın dəyişməsi ilə nəticələnəcək və iranlılar artıq Amerikaya sübhə və ədavətlə yanaşmayacaq?
- Ümumilikdə əlaqələrin genişlənməsi ölkələr arasında yarana bilən düşmənçəlik stereotiplərinin zəifləməsinə müvəffəq ola bilər. Ümid edirəm ki, məhz bu ABŞ və İran arasında baş verəcək. "Yumşaq" güc hər iki tərəfin qalib ayrılacağı uduşlu oyuna çevrilə bilər.
- National İnterest üçün yazdığınınz sonuncu məqalənizdə qeyd etmisiniz ki, ABŞ-ın üzləşə biləcəyi ən böyük problem – "digərlərinin gücünün artmasıdır". Farid Zəkəriyyə öz Post Amerikan dünyası kitabında da digər müəlliflər kimi sözügedən problemi vurğulayır. Həmçinin, bəzi mütəfəkkirlər hesab edir ki, Qüdrətli Amerikanın əsri başa çatmaqdadır. Məsələn, amerikalı filosof Riçard Rorti Decent jurnalı üçün məqəlasində yazır: "Amerika əsri bitdi (…) Kübar Qərbin mənəvi həyatı bu qayələrin gerçəkləşməsinə mərkəzləşmişdir. İndi bu ümidin söndüyü bir vaxtda, Qərbdəki insanların həyatı getdikcə dəyərini və məğzini itirir.".
Bu cür analitik təhlilləri nəzərə alaraq, sizcə, ABŞ onun nüfuzundan və hegemoniyasından irəli gələn problemləri həll etməyə müvəffəq ola bilərmi? Və ya ABŞ bu problemlərə dair heç bir aydın fikrə sahib deyil?
- Amerikalılar əsrlər boyu nüfuzlarını itirməkdən qorxublar. Son yarım əsrdə bu cür enişlərin dövriyyəsi müşahidə olunurdu. Bu dövlətlər arasında güclərin nisbətindən çox Amerika psixologiyasından danışır. Mən öz kitabımda nəyə görə Amerika əsrinin bitmədiyinə dair düşüncələrimi izah edirəm. İqlim dəyişikliyi, kiber terrorizm və beynəlxalq maliyyə qeyri-stabilliyi kimi transmilli problemlərin yaranması ölkələr arasında əməkdaşlığın olmasını tələb edəcək. Bu mənada "digərlərinin gücünün" artması və transmilli çağırışlar ABŞ-ın digər ölkələrlə əməkdaşlıq etməsini tələb edəcək. Amerika imperializmi və hegemoniyası bir də olmayacaq, lakin ABŞ ən böyük ölkə olduğu üçün qlobal əməliyyatların təşkil olunmasında liderlik və rəhbərliyinə ehtiyac olacaq.
- 16 sentyabrda Tehranda İran İnqilab Gözətçiləri Korpusu qarşısında çıxış edən Əli Xamenei bu sözləri bildirdi: "Mədəni və siyasi müdaxilə hərbi və təhlükəsizlik təhdidlərindən də təhlükəlidir". Siz də, həmçinin mədəniyyəti "yumşaq" gücün əsas elementlərindən biri kimi adlandırırsınız, eyni zamanda Amerikanın maarifləndirici və kütləvi mədəniyyətindən bəhs edirsiniz. Biz burada "Troyalı atlar" terminini işlədə bilərik. İran hakimiyyəti dəfələrcə "mədəni müdaxiləyə" dair təhlükə barəsində xəbərdarlıq edirdi. İranlılar özləri də təbii olaraq Qərbə mədəni müdaxilənin qarşısını almaq üçün mütəşəkkil hərəkətlərə qoşulurlar və bununla ümummilli tendensiyanı nümayiş etdirirlər. ABŞ-ın təsiri altında İranın qeyb olmasını və ya onun Sovet İttifaqından fərqli olaraq digər yolla gedəcəyini düşünürsünüz?
- Ölkələr inkişaf edir və zamanla dəyişirlər və mən İranın gələcəkdə qəbul edəcəyi qərarlara dair heç bir fikir səsləndirə bilmərəm. Lakin şübhə edirəm ki, İranın təkamülü ilə bağlı bütün qərarlar məhz daxildə qəbul ediləcəkdir.