Bülənt Arınç Ərdoğanı prezident kürsüsündə görür Dünya

Bülənt Arınç Ərdoğanı prezident kürsüsündə görür

"Türkiyə xalqının böyük dəstəyi və bələdiyyə seçkilərinin nəticələri baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürəcəyi təqdirdə prezident seçilə biləcəyinə əsas verir". "Hurriyet Daily News"un məlumatına görə, bunu Türkiyə baş nazirinin müavini Bülənt Arınç deyib.
Onun sözlərinə görə, Ərdoğan namizədliyini irəli sürərsə, demək olar ki, Türkiyə prezidenti Abdullah Gül də onun namizədliyini dəstəkləyəcək.
Qeyd edək ki, Türkiyədə prezident seçkiləri bu il avqustun 10-na təyin edilib.