Səfirlik Almaniyanın qərarını pisləyib Dünya

Səfirlik Almaniyanın qərarını pisləyib

Rusiyanın Berlindəki səfirliyi Almaniya Federativ Respublikasının Kiyevə “Marder” piyada döyüş maşını və “Patriot” hava hücumundan müdafiə sistemlərinin əlavə batareyası göndərilməsi qərarını pisləyib.

"Xalq Cəbhəsi" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin yayılan məlumatında deyilir:

"Biz bu qərarı qətiyyətlə pisləyirik və bunu Ukraynada münaqişənin gərginləşməsi istiqamətində növbəti addım kimi qiymətləndiririk".

“Xristian dünyasında yüksək ehtiramla qarşılanan Milad pravoslav bayramı ərəfəsində, həmçinin Rusiya prezidentinin bununla bağlı elan etdiyi birtərəfli atəşkəs fonunda Almaniyanın bu addımı qəbuledilməzdir" - məlumatda deyilir.
Cavid