Əfqanıstanda terrorçu-kamikadze özünü XİN-in yaxınlığında partladıb, ölən və yaralananlar var Dünya

Əfqanıstanda terrorçu-kamikadze özünü XİN-in yaxınlığında partladıb, ölən və yaralananlar var

Əfqanıstanda partlayış baş verib, ölən və yaralananlar var.

Bu barədə “Al Jazeera“ kanalı yerli hakimiyyətdə olan mənbələrinə istinadən məlumat yayıb.
Taliban hərəkatının nümayəndələri terrorçu-kamikadzenin paytaxt Kabilin mərkəzində yerləşən Xarici İşlər Nazirliyinin binasına daxil olmağa cəhd edən zaman özünü partladığını bildirib.