Rusiya MN Soledar şəhərinin ələ keçirildiyini açıqlayıb Dünya

Rusiya MN Soledar şəhərinin ələ keçirildiyini açıqlayıb

Rusiya qoşunları Ukraynanın Soledar şəhərini ələ keçirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Yanvarın 12-də axşam saatlarında Soledar Rusiya qoşunları tərəfindən alınıb" - deyə Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatında bildirilib.