"SpaceX" şirkəti yeni GPS peykini orbitə buraxacaq Dünya

"SpaceX" şirkəti yeni GPS peykini orbitə buraxacaq

"Falcon 9" raketi ABŞ Hərbi Hava Qüvvələrinin maraqları üçün orbitə yeni üçüncü nəsil "GPS III" qlobal yerləşdirmə sistemi peykini çıxaracaq.

Bu barədə "Space" şirkəti məlumat verib.

Məlumata əsasən, buraxılış Florida ştatının Kanaveral burnunda yerləşən ABŞ Kosmik Qüvvələri Bazasında 40-cı start kompleksindən ABŞ-ın şərq sahili vaxtı ilə saat 07:10-da planlaşdırılır.
Peyk buraxıldıqdan bir saat yarım sonra Yerdən təqribən 1 min km hündürlüyə göndəriləcək, sonra isə Yerə yaxın orta orbitə - planetdən təxminən 20 min km yüksəklikdə yerləşdiriləcək.