26 Yanvar 2023 14:16
3 325
Qərb ölkələri Ukraynaya qırıcı təyyarələrin verilməsinin mümkünlüyü ilə bağlı daxili müzakirələr aparır, lakin bir çoxları bununla bağlı qərarın münaqişənin genişlənməsinə səbəb ola biləcəyindən ehtiyat edir. "Xalq Cəbhəsi" xarici mediaya istinadən xəbər verir ki, bir sıra Qərb diplomatları və hərbi dairələrin nümayəndələri ilə danışan Politico-ya görə, Ukrayna və Baltikyanı ölkələr bu fikrin tərəfdarıdırlar. Vaşinqton da öz növbəsində Kiyevə bildirib ki, “hazırda” qırıcıların köçürülməsindən söhbət gedə bilməz, Politico adının çəkilməsini istəməyən diplomata istinadən yazır.
Cavid