“Cənubi Afrika Respublikası Qərb ölkələri ilə hərbi təlimlərə maraq göstərmir” Dünya

“Cənubi Afrika Respublikası Qərb ölkələri ilə hərbi təlimlərə maraq göstərmir”

“Rusiya Çin və Cənubi Afrika Respublikası (CAR) ilə birgə hərbi təlimlər planlaşdırıb. Təlimlər Cənubi Afrika Respublikası sahilinə yaxın sularda gerçəkləşəcək. Hərbi təlimlərin fevral ayının ortalarında keçirilməsi planlaşdırılır. Bu o deməkdir ki, Rusiya və Çin öz sahillərindən uzaq bölgədə birgə hərbi təlimlər keçirəcəklər”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib: “Bu ABŞ və Fransanın narazılığına səbəb olub. Vaşinqton və Paris ondan narahatdırlar ki, Rusiya və Çin öz planlarına digər qitələrdəki dövlətləri, o cümlədən Cənubi Afrika Respublikasını cəlb etməyə müvvəfəq olub. Halbuki, Cənubi Afrika Respublikası Qərb ölkələri ilə hərbi təlimlərə maraq göstərmir.
Cənubi Afrika Respublikası Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini pisləməyən ölkələrdəndir. Cənubi Afrika Respublikası eyni zamanda Qərbin təzyiqlərinə baxmayaraq, Rusiyaya qarşı sanksiyalara da qoşulmayıb”.

Əli