Dünya üzrə koronavirusa yoluxmaların sayı kəskin azalıb Dünya

Dünya üzrə koronavirusa yoluxmaların sayı kəskin azalıb

Yanvarın 9-dan fevralın 8-dək 10 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 90 mindən çox insan ölüb.

Trend xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Bildirib ki, əvvəlki 28 günlə müqayisədə ölənlərin sayı 8%, yoluxmaların sayı isə 89% azalıb.