Rusiyanın canlı itkisi 150 mini ötüb Dünya

Rusiyanın canlı itkisi 150 mini ötüb

Ukrayna müharibənin 372-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

"Xalq Cəbhəsi" xəbər verir ki, Ukrayna Baş Qərargahının yaydığı məlumata görə, Rusiya indiyə qədər 150 605 hərbçi, 3397 ədəd tank, 6658 ədəd zirehli döyüş maşını, 2398 ədəd artilleriya sistemi, 480 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 247 hava hücumundan müdafiə sistemi, 300 ədəd hərbi təyyarə, 288 ədəd helikopter, 5264 ədəd avtomobil texnikası, 2 058 ədəd PUA, 873 qanadlı raket, 18 gəmi/qayıq, 230 xüsusi avadanlıq itirib. Cavid