Ermənilər Sarkisyanı istefaya çağırdılar Dünya

Ermənilər Sarkisyanı istefaya çağırdılar

Ermənistan prezidenti Serj Sarkisyan aprelin 2-5-i tarixlərində Dağlıq Qarabağdakı məğlubiyyəti Ermənistan ictimaiyyətini ayağa qaldırıb.
Ermənistanın "Armenian Report" informasiya portalı xəbər verir ki, Ermənistanın Azərbaycana qarşı son təxribat cəhdi zamanı verdiyi böyük itkilər işğalçı ölkədə etirazlarla qarşılanıb.
"Armenian Report" portalında dərc olunan "Gözlənilən faciə" adlı məqalədə Serj Sarkisyanın istefası tələb olunur.
Məqalədə Rusiya prezidenti Vladimir Putinin və müdafiə naziri Serqey Şoyqunun ünvanına ittihamlar dolu fikirlər irəli sürülür: "Özünü Ermənistan Silahlı Qüvvələrinin ağıllı ali baş komandanı hesab edən Serj Sarkisyana biz illər əvvəl səhv yolda olduğunu xəbər vermişdik. İndi Serj Sarkisyan Almaniya kansleri Angele Merkellə görüşündə Rusiyanın Azərbaycana silah satmasından şikayət edir. Deyir ki, Rusiya bizə istədiyimiz dəstəyi vermədi və sairə. Biz Sarkisyana hələ bir neçə il əvvəl dedik ki, Rusiya ikili oyun oynayır, Ermənistan Avrasiya İttifaqına qoşulmasın. Ancaq Sarkisyan Putinin vədlərinə inanıb Avrasiya İttifaqına, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşuldu. Bütün bunların əvəzində lazımı dəstək gördümü? Serj Sarkisyan deyirdi ki, Rusiya bizim strateji müttəfiqimizdir. Bəs Rusiya Azərbaycana niyə səsini çıxartmadı? Putin Sarkisyanı yenə aldatdı".
Məqalədə Serj Sarkisyanın təcili istefa verməsi tələb olunur: "Aprelin 2-i, 5-i arasında baş verən döyüşlərdə yüzlərlə erməni həlak oldu. Bütün bunların günahkarı Serj Sarkisyandır. O, buna görə istefa verməlidir. Bütün Ermənistan əhalisi Serj Sarksiyanın istefasını tələb edir".