Rusiya, Türkiyə, İran və Suriya XİN başçılarının müavinləri gələn həftə görüşəcək Dünya

Rusiya, Türkiyə, İran və Suriya XİN başçılarının müavinləri gələn həftə görüşəcək

“Gələn həftə Moskvada Rusiya, Türkiyə, İran və Suriya xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüş keçiriləcək”.

Bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.

“Mən Türkiyəyə səfərimdə Rusiya, İran, Türkiyə və Suriya arasında dördtərəfli görüşün keçirilməsini müzakirə etdim, məsləhətləşmələr apardım. Bu gün rusiyalı həmkarım Sergey Lavrovla görüşümdə də bu barədə danışdıq. Gələn həftə Moskvada XİN başçılarının müavinləri səviyyəsində dördtərəfli görüş keçiriləcək. Əlbəttə ki, bu görüşün başlıca məqsədi Türkiyə və Suriyanın baxışlarını yaxınlaşdırmaqdır. Tehran və Moskva bu baxışların yaxınlaşması üçün səy göstərəcək. Əgər gələn həftə keçiriləcək danışıqlarda hansısa çərçivələr müəyyən olunsa, o zaman növbəti görüş XİN başçıları səviyyəsində keçirilə bilər”, deyə İran XİN başçısı qeyd edib.