Rusiya sülhməramlıları "respublika"da qalacaq Dünya

Rusiya sülhməramlıları "respublika"da qalacaq

Moldova münaqişənin sülh yolu ilə həllinə dair sazişdən çıxacağı təqdirdə Rusiya sülhməramlıları tanınmamış Dnestryanı respublikada qalacaq.

"Xalq Cəbhəsi" xəbər verir ki, bunu "Dnestryanı bölgənin xarici işlər naziri" Vitali İqnatyev "İzvestiya"ya müsahibəsində Moldova siyasətçilərinin mavi dəbilqələri mülki müşahidəçilərlə əvəz etmək çağırışlarını şərh edərkən deyib.

"Dnestryanı tərəfi üçün yalnız bir reaksiya variantı ola bilər - bu, artıq mövcud olan strukturlar çərçivəsində Dnestr sahillərində sülh və təhlükəsizliyin təmin edilməsinə davam etməkdir", - İqnatyev qeyd edib. - "Moldova geri çəkilməyə cəhd etsə belə, inanırıq ki, bu, sülhməramlı əməliyyatı ləngitmək üçün əsas olmayacaq. İstənilən halda onu qorumaq lazımdır, çünki burada xeyli sayda mülki əhali yaşayır - Dnestryanı bölgə əhalisinin yarım milyonu, o cümlədən 250 mini Rusiya Federasiyası vətəndaşıdır. Bütün bu insanların müdafiəyə ehtiyacı var” - deyib, o.

Cavid