8 Sentyabr 19:09
8 Sentyabr 15:01
İraqda ölkənin ərazi sularında tankerə olunan hücumun təfərrüatları araşdırılır
FHN Şəkidə ölümə səbəb olan qurğuya nəzarətin onların səlahiyyətinə aid olmadığını bildirib
Netanyahu: "7 oktyabrdan əvvəl BƏƏ prezidenti ilə heç bir danışıq olmayıb"
Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər təyin edilib
25 May 2023 10:37
3 199
Cənubi Koreya Prezidenti Yun Suk Yol bu ilin iyulunda NATO-nun Litvada keçiriləcək sammitində iştirak edə bilər.
Bu barədə yerli TBS TV (Korean) kanalı məlumat yayıb.
Kanalın sözlərinə görə, Koreya lideri sammitdən əvvəl, ya sonra Ukraynaya da səfər edə və Ukrayna Prezidenti Vladimir Zelenski ilə silah tədarükünə dair danışıqlar apara bilər.
Həmçinin əlavə olunub ki, sammitdə Yaponiyanın Baş naziri Fumio Kişida da iştirak edəcək.
Qeyd edək ki, NATO-nun sammiti 11-12 iyul tarixlərində Vilnüsdə keçiriləcək.
Xatırladaq ki, Cənubi Koreya Prezidenti artıq keçən il Madriddə keçirilən Şimali Atlantika Alyansı liderlərinin toplantısında iştirak edib.