“ABŞ dominant, Rusiya güclü”
26 Dekabr 21:04
26 Dekabr 21:04
26 Dekabr 20:22
26 Dekabr 19:20
26 Dekabr 19:03
31 May 2023 18:16
2 086
BMT məhkəməsi sabiq Yuqoslaviya Prezidenti Slobodan Miloşeviçin iki müttəfiqi üçün cəzanı sərtləşdirib.
Bu barədə Böyük Britaniyanın “PA Media Group” agentliyi məlumat yayıb.
Məlumata görə, BMT-nin apellyasiya hakimləri Miloseviçin iki müttəfiqinin hərbi cinayətlərə görə hökmlərini əhəmiyyətli dərəcədə sərtləşdiriblər.
Miloseviçin vaxtında kəşfiyyata rəhbərlik eləyən Yoviça Stanişiç və Franko Simatoviç 1990-cı illərdə Balkan müharibələri zamanı serb olmayanları bu ərazilərdən qovmaq üçün birgə cinayət planının üzvləri kimi Bosniyada və Xorvatiyanın bir şəhərində cinayətlərdə iştirak etdiklərinə görə hakimlər tərəfindən məsuliyyətə cəlb ediliblər.
Haaqa Tribunalının apellyasiya palatası cinayət planında iştiraka görə onlara verilən bəraət hökmlərini ləğv edib, Stanişiç və Simatoviçin cəzalarını 12 ildən 15 ilə qədər artırıb.
Xatırladaq ki, 2000-ci ildə Miloşeviç hakimiyyətdən devrildi, sonra keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunala təhvil verilib və 2006-cı ildə o, məhkəmə prosesi başa çatmamış həbsxana kamerasında vəfat edib.
26 Dekabr 18:00
1 246
26 Dekabr 17:39
1 232
26 Dekabr 16:24
1 225