ABŞ-da siqnallara cavab verməyən təyyarənin qarşısını almaq üçün qırıcı cəlb olunub Dünya

ABŞ-da siqnallara cavab verməyən təyyarənin qarşısını almaq üçün qırıcı cəlb olunub

ABŞ-ın "F-16" qırıcısı mülki "Cessna 560 Citation V" təyyarəsini saxlamaq üçün havaya qalxıb. Nəticədə bu təyyarə Virciniyanın cənub-qərbində qəzaya uğradı.

Trend-in məlumatına görə, Şimali Amerika Hava Hücumundan Müdafiə Komandanlığı (NORAD) bildirib.

Bildirilib ki, Vaşinqton səmasında uçan "Cessna 560 Citation V" mülki təyyarəsinin pilotu "F-16" qırıcısının əlaqə cəhdlərinə cavab verməyib. Qeyd olunub ki, bu vəziyyətlə əlaqədar olaraq, "F-16" qırıcısına səsdən yüksək sürətlə uçmasına icazə verilib və bu, Kolumbiya dairəsində, eləcə də Merilend və Virciniya ştatlarında sakinlərin eşitdiyi səs zərbəsinə səbəb olub.

ABŞ hərbçiləri qeyd ediblər ki, NORAD təyyarə qəzaya uğrayana qədər pilotla əlaqə saxlamağa çalışıb.