CHP-də Kamal Kılıçdaroğluna etirazlar getdikcə artır Dünya

CHP-də Kamal Kılıçdaroğluna etirazlar getdikcə artır

Türkiyə mayın 14-də keçirilən və ikinci tura qalan seçkiləri mayın 28-də başa vurub. Seçkidə qalib gələn prezident Rəcəb Tayyib Ərdoğan vəzifəsinin icrasına başlayıb. Xalqcəbhəsi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, CHP-də günahkar axtarışları davam edərkən, kreslosunu tərk etməyən Kamal Kılıçdaroğluna etirazlar getdikcə artır.
“Yeddili masa” dağılarsa, bunu edən şəxsin məsuliyyət daşıyacağını deyən keçmiş SHP sədri, keçmiş xarici işlər naziri və baş nazirin müavini Murat Karayalçın məğlubiyyətdən sonra günahı CHP təşkilatlarının üzərinə atıb.
Karayalçın Twitter hesabında parlament seçkisindəki uğursuzluğun səbəbini belə izah edib: “Partiyamızın parlamentdə yüzdə 25 civarında səs toplaya bilməsi faktdır. Bu seçki Millət ittifaqında təmsil olunan partiyalar üçün ciddi uğursuzluq olaraq dəyərləndirliməlidir. Parlament seçkilərində uğursuzluğa səbəb uzun müddət CHP-da yaşanan siyasi potensialın aşağı olmasıdır”.

Əli