Aİ komissarı "Tramp marşrutu"ndan danışıb: İdeyalarımızı Türkiyə və Azərbaycanla müzakirə edirik
Prezident: BƏƏ liderinin Qarabağı ziyarət etməyi xüsusi rəmzi məna daşıyır
Milli Məclisdə 2026-cı il büdcə zərfinin ikinci oxunuşda müzakirəsi başlayıb
Prezident İlham Əliyev Məhəmməd bin Zayed Al Nəhyana təbrik ünvanlayıb
13 İyun 2023 10:51
2 814
Azərbaycan Visa üçün strateji bazarlardan biridir.
“APA-Economics" xəbər verir ki, Bakıda keçirilən beynəlxalq maliyyə sərgisi "Fintex Samit"də çıxışı zamanı Visa şirkətinin vitse-prezidenti, Azərbaycan və Mərkəzi Asiya üzrə regional meneceri Kristina Doros deyib.
O bildirib ki, Visa 1997-ci ildən Azərbaycandadır. 2023-cü ilə kimi ödəniş sistemləri böyük inkişaf yolu keçib.
"Əsas yerli bazar iştirakçıları, banklar, maliyyə təşkilatları ilə əməkdaşlığı davam etdiririk. Azərbaycan Mərkəzi Bankı ilə əməkdaşlıq, bu sahədə aparılan müzakirələr, ödəniş sistemləri sahəsində qəbul edilən strategiyalar Azərbaycanda nağdsız ödənişlərin sürətlə artmasına təsir edib" - K.Doros əlavə edib.