
"Terror hücumunu PKK terror təşkilatı həyata keçirib".
Bu sözləri Türkiyənin baş naziri Binali Yıldırım söyləyib.
Baş nazir Mardin vilayətində dünən törədilmiş terror aktı nəticəsində yaralanmış vətəndaşlara baş çəkən zaman xəstəxanada jurnalistlərə açıqlamasında terror aktının Midyat Rayon Polis İdarəsinə qarşı yönəlmiş xain hücum adlandırıb:
"Xain terror nəticəsində 2 vətəndaşımızı itirdik, 30-dan çox insanımız isə yaralandı.
Bilsinlər ki, terror təşkilatları nə edirlərsə etsinlər, dövlətimiz güclü, millətimiz bir və bəradbərdir. Əsla bizi bu mübarizədən döndərə bilməzlər.
Buna görə də terrorun Türkiyədən uzaqlaşdırlması üçün canla başla təhlükısizlik qüvvələrimiz, hətta vətəndaşlarımız da əllərindən gələni edəcəklər.
Yalnız terror təşkiatllarına deyil, arxadan onlara dəstək olanlara da günlərini göstərəcəyik"