“Fransa Azərbaycana qarşı qərəzlidir”
5 Oktyabr 20:23
5 Oktyabr 20:23
5 Oktyabr 18:39
Elnur Soltanov: Məqsədimiz Azərbaycanın enerji potensialını Avropa bazarlarına birləşdirməkdir
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
Yol polisi hava ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Mühafizə olunan duracaqlar üçün haqqın müəyyənləşdirilməsi qaydası məlum olub
20 Noyabr 2023 16:17
3 521
Türkiyənin Milli İstihparat Təşkilatı (MİT) İraqın şimalında Süleymaniyyədə terror təşkilatı PKK/KCK adına xərac toplayan və heyətlə təmin edən “Ciyan Mardin” kod adlı Gülsüme Doğanı zərərsizləşdirib. Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, 2006-cı ildə PKK/KCK-nın kənd heyətinə qoşulan “Ciyan Mardin” kod adlı Gülsüme Doğan PKK/KCK-nın Süleymaniyyə və şimaldakı ətraf şəhərlərdə “sosial sahə zabiti” kimi fəaliyyət göstərirmiş. İraqın şimalında bölgə xalqını vergi adı altında qəsb edən terrorçunun toplanan pulları təhlükəsizlik qüvvələrinə qarşı hücumlar təşkil etmək üçün heyətə cəlb etdiyi müəyyən edilib.
MİT təşkilata maddi-texniki dəstək verən terrorçunun azyaşlı uşaqları da təşkilata cəlb etmək üçün səylər göstərdiyini müəyyən edib. Fəaliyyətləri MİT-çilərə bağlı sahə agentləri tərəfindən addım-addım izlənilən terrorçunun zərərsizləşdirilməsi üçün sahəyə xüsusi təlim keçmiş agentlər göndərilib. Terrorçu Doğan ən uyğun anda təşkil edilən əməliyyatla zərərsizləşdirilib.