Ohanyan vəzifədən gedir Dünya

Ohanyan vəzifədən gedir

Ermənistanın müdafiə naziri Seyran Ohanyan postundan uzaqlaşdırılır. Erməni KİV-nin verdiyi məlumata görə, yeni baş nazir Karen Karapetyan artıq yeni hökuməti formalaşdırıb. Məlumatlara görə, Karapetyan Ohanyana komandasında yer vermək niyyətində deyil. Hazırda Ermənistanda hakimiyyət daxilində ən çox müzakirə olunan məsələ yen müdafiə nazirinin kimliyi və Ohanyanın istefaya göndərilməsidir.
Xatırladaq ki, hökümətin formalaşdırılmasından dərhal sonra müdafiə naziri Seyran Ohanyanın KTMT-ya rəhbər göndəriləcəyi haqda məlumatlar yayılmışdı. Ohanyan bunu təkzib etmişdi. Nəticədə bir çox politoloqlarda Ohanyanın öz vəzifəsində qalacağına dair təəssüratlar formalaşmağa başladı. Lakin Sarkisyan Ohanyanı yanına çağıraraq, onunla Müdafiə Nazirliyinin gələcəyinə dair fikir mübadiləsi aparıb.
Erməni KİV-lərinin yaydığı xəbərə görə, məsələ ətrafında danışıqlar təxminən iki saat ərzində davam edib. Danışıqlar nəticəsində Ohanyanın yenidən müdafiə naziri vəzifəsinə təyin edilməyəcəyinə dair qərar qəbul edib. Bununla belə, Ohanyanın yeni təyinatının hansı vəzifəyə olacağı məlum deyil".