Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
26 Fevral 2024 13:14
2 919
Bolnisidə Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Bolnisidə fəaliyyət göstərən “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi"ndə Xocalı qurbanları mərkəzin müəllim və şagird heyəti tərəfindən dərin hüznlə anılıb.
İlk olaraq mərkəzdə tədris olunan Azərbaycan dili və Rəsm kurslarının aşağı yaş qruqlarında təhsil alan şagirdlərinə 1992-ci ildə 32 il öncə Fevralın 25-dən 26-na keçən gecə baş vermiş böyük faciə ilə əlaqədar geniş məlumat verilib.Onların sualları cavablandırılıb daha sonra, “Qan yaddaşımız-Xocalı” adılı geniş tərkibli tədbir başlayıb ilk olaraq Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin 100-ə yaxın üzvnun qatıldığı tədbirdə çıxış edən QHİM-in direktoru Rezo Həsənov Xocalı haqqında məlumat verərək bildirib ki,erməni vandaliziminin və vəhşiliyinin qurbanı olan 613 nəfərdən çox dinc,əliyalın Xocalı sakini amınsızlıqla qətlə yetirilib, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qəddarcasına öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Həmin gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.
Qeyd edilib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Xocalı qurbanlarının qisası döyüş meydanında alınıb,Azərbaycanın əsil sahibi olduğu torpaqlar işğaldan azad edilib. Həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib.
Mərkəzin Azərbaycan dili müəllimi Fatma Əliyeva və İngilis dili müəllimi Rəksanə Şıxıyeva çıxış edərək bildirib ki,Xocalı soyqırımı bəşəriyyətin gördüyü və şahid olduğu ən amansız faciələrdən biridir bu tarixi unutmamaq və unutdurmamaq bütün dünya azərbaycanlılarının mənəvi və vicdanı borcudur !
Mərkəzin Azərbaycan dili fənni üzrə şağirdi Lara İsmayılova “Xocalı”,Yusif İsaqov “Xocalı ay Xocalı” Sənan Turabov isə “Xocalı müsibəti” adılı şeirləri səsləndiriblər, sonda isə “İşgəncələr məbədi-Şuşa həbsxanası”adılı sənədili film nümayiş etdirilib.
Cavid
