“Görüş hərbi paktın əldə edilmə riski daşıyır” Dünya

“Görüş hərbi paktın əldə edilmə riski daşıyır”

“Brüsseldə Ermənistanın “təhlükəsizliyinin gücləndirilməsi” adı altında keçiriləcək görüş hərbi paktın əldə edilmə riski daşıyır. Bu məqam və ümumilikdə risk faktoru Bakının maraqlarına ziddir”. Bunu xalqcəbhəsi.az-a politoloq Turan Rzayev bildirib: “Məsələ ondadır ki, Azərbaycan tərəfi dəfələrlə Avropa Birliyinin, xüsusilə də onun bəzi üzv dövlətlərinin regionumuza münasibətdə müəyyən yanaşmaları və fəaliyyətləri ilə bağlı öz mövqeyini açıq şəkildə ifadə edib. Rəsmi Bakı Ermənistan ilə sülh danışıqlarının davam etməsi etimad mühitinin yaranması, habelə prosesə təsir edə biləcək məqamlardan yayınılmasının tərəfdarıdır”.