“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
30 Dekabr 2025 22:37
30 Dekabr 2025 22:36
10 Aprel 2024 13:35
4 767
2024-cü ilin yanvar-mart aylarında Türkiyənin Gürcüstana mebel, kağız və meşə məhsulları ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 1,7 faiz azalaraq, 49,5 milyon dollara bərabər olub.
Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
"2024-cü ilin mart ayında Türkiyə Gürcüstana 18,4 milyon dollar məbləğində mebel, kağız və meşə məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 17,5 faiz azdır", - deyə nazirlikdən vurğulanıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında Türkiyənin dünya bazarlarına mebel, kağız və meşə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 1,2 faiz azalaraq, 1,9 milyard dollara bərabər olub.
Bu ilin mart ayında Türkiyə 678,7 milyon dollar məbləğində mebel, kağız və meşə məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 10,5 faiz azdır.
Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2023) Türkiyə 8 milyard dollar məbləğində mebel, kağız və meşə məhsulları ixrac edib.
30 Dekabr 2025 18:03
1 953
30 Dekabr 2025 17:54
1 890
30 Dekabr 2025 16:38
1 967