“Rusiya ilə müharibə olacaq, əgər...” Dünya

“Rusiya ilə müharibə olacaq, əgər...”

ABŞ-ın yeni prezidenti seçilən Donald Tramp "Wall Street Journal" müsahibəsində Suriya ilə bağlı siyasətini açıqlayıb.
Vaşinqtonun Suriyadakı ən böyük rəqibi Rusiya ilə əməkdaşlıq edəcəyini bildirən Tramp rejimə qarşı döyüşən müxalifət güclərinə yardımı kəsə biləcəyinə eyham vurub.
O, Suriya prezidenti Bəşər Əsədi kifayət qədər sevmədiyini bildirib. Ancaq Trampın fikrincə, Dəməşq rejimi güclənəcəyi halda, ölkədəki xaos mühiti aradan qalxa və ABŞ-a yönəlik təhdidlər azala bilər.
"Rusiya ilə hazırda Suriyada əməkdaşlıq edirik. Bundan başqa, Dəməşqlə birlikdə olan və güclənən İran var. Suriya rejiminə qarşı müxalifət güclərini dəstəkləyirik, amma onların kim olduğuna dair məlumatımız yoxdur. Əgər ABŞ Əsədə hücum etsə, Suriyada Rusiya ilə döyüşəcəyik", - Tramp bildirib.
Qeyd edək ki, Tramp seçki kampaniyası müddətində də Əsəd rejimini dəstəkləyən bəyanatları ilə diqqət çəkib.