“Hörmüz boğazı qlobal sabitliyin əsas açar nöqtəsidir”
31 Mart 21:32
31 Mart 21:32
31 Mart 21:28
31 Mart 20:39
24 İyun 2024 19:09
3 325
Mərakeş Qəzzaya humanitar tibbi yardım göndərib.
Bu barədə APA-ya Mərakeşin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, Mərakeş Kralı, Əl-Qüds Komitəsinin sədri VI Məhəmmədin təlimatı əsasında Qəzzadakı Fələstin əhalisi üçün humanitar tibbi yardım göndərilib.
Yardım, xüsusilə yanıqların, cərrahi və travmatoloji xəsarətlərin müalicəsi üçün avadanlıqlar, həmçinin zəruri dərmanlar olan 40 ton tibbi məhsuldan ibarətdir.
Qeyd olunub ki, yardımın böyük bir hissəsi kralın şəxsi fondlarından qarşılanır.