Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Türkiyə əyilən, sınan dövlət deyil”

“Türkiyə əyilən, sınan dövlət deyil” Dünya

“Türkiyə əyilən, sınan dövlət deyil”

Cümşüd Nuriyev: "Hər zaman olduğu kimi Azərbaycan qardaş ölkənin yanındadır"

Tahir Rzayev: "Türkiyəni zəiflətmək niyyətindədirlər"

Arzu Nağıyev: "Regional müstəvidə də bu cür olayların baş verməsi istisna deyil"

"Rusiya səfirinin Türkiyədə öldürülməsi, Rusiya-Türkiyə yaxınlaşmasını həzm etməyən üçüncü qüvvələrin əməlidir. Fikrimcə, Rusiya və Türkiyə liderləri, artıq belə qənaətə gəliblər ki, baş verən hadisə üçüncü qüvvələrin işidir". Rusiyalı siyasi icmalçı və yazar Aleksandr Fomenkov belə deyib. Onun fikrincə, üçüncü qüvvəyə qarşı mübarizə aparmaq üçün isə gücləri birləşdirmək lazımdır: "Belə başa düşürəm ki, Rusiya-Türkiyə yaxınlaşması hansısa güclərin xoşuna gəlməyib. Şəxsən mənim fikrimcə, erməni faktoru bu məsələdə ön plandadır".

Millət vəkili Tahir Rzayev deyib ki, Rusiya səfirinin Türkiyədə öldürülməsi iki dövlət arasındakı münasibətlərin korlanmasına hesablanmış əməldir: "Bu hadisə təxribatdır və bu dövlətlər arasında heç bir ziddiyyət yaratmamalıdır". O qeyd edib ki, hazırda Türkiyə ilə Rusiya arasında sağlam münasibətlər mövcuddur: "İki ölkə uzun müddət müəyyən məsələlərdə həmfikir olublar. Onları daim qarşılıqlı əməkdaşlıq, ticarət əlaqələri, siyasi məsələlər birləşdirib. Türkiyə hər zaman çətin məsələlərdə Rusiyanın yanında olub. Təəssüf ki, son illərdə baş verən siyasi oyunlar, iri dövlətlərin Türkiyəyə qarşı yönəlmiş məkrli fikirləri, eləcə də Rusiyaya qarşı müəyyən sanksiyalar iki dövlət arasında ziddiyyətlərin yaranmasına səbəb olmuşdu. Çox yaxşı haldır ki, hər iki dövlətin rəhbəri bu məsələyə aydınlıq gətirdilər, ölkələr arasında yaranmış soyuqluğu aradan qaldırdılar. İndi iki dövlət arasında sağlam münasibətlər mövcuddur".
Millət vəkili bildirib ki, Qərb ölkələri Türkiyənin güclənməsini istəmirlər: "Türkiyə və Rusiya arasındakı münasibətlər Qərb ölkələrinə sərf eləmir. Çünki Türkiyə dünyada açıq və uzaqgörən siyasət aparır, öz dövlətinin mənafeyi üçün əlindən gələni edir. Qərb ölkələri isə istəyirlər ki, dünyada güclü müsəlman dövləti olmasın. Ona görə Türkiyəni zəiflətmək niyyətindədirlər. Bu işdə bir oyun kimi, Rusiyadan istifadə etmək istəyirlər. Ancaq Türkiyə və Rusiya prezidentləri səfirə qarşı sui-qəsdə obyektiv qiymət verdilər, hadisəni təxribat adlandırdılar".
Politoloq Cümşüd Nuriyev vurğulayıb ki, Rusiya səfirinin Türkiyədə vurulmasının 2 səbəbi var: "Birincisi Rusiya-Türkiyə münasibətlərinin həddindəın artıq istiləşməsi, Türkiyənin NATO-nun əlində oyuncaq olmaq istəməməsi, ABŞ-ın tapşırıqlarından imtina etməsi, ikinci isə Türkiyənin dolları bazarından çıxarmaq məsələsini gündəmə gətirməsidir". Onun sözlərinə görə, hadisəni törədənlər Türkiyəni cəzalandırmaq istədilər: "Bu çox böyük təxribat idi. Lakin Türkiyənin təhlükəsizlik orqanlarının da üzərində günah var. Təbii, bu əvvəlcədən çox yüksək səviyyədə hazırlanan təxribat idi. Təəssüf ki, bu təxribatın məhz Türkiyədə baş verməsi onun imicinə təsir etdi. Amma Türkiyə növbəti təxribatlara da hazır olmalıdır. Çünki Qərb, Amerika Türkiyəni cəzalandırmağa çalışacaq. Amma Türkiyə 600 illik imperiya tarixinə malik olan bir ölkədir və belə hadisələrlə çox rastlaşıb. İnanırıq ki Türkiyə bu ağır vəziyyətdən də çıxmağa çalışacaq. Çünki Türkiyə əyilən, sınan dövlət deyil və hər zaman olduğu kimi Azərbaycan qardaş ölkənin yanındadır. Azərbaycan Prezidentinin də bununla bağlı mövqeyi ortadadır və biz bu fikirləri dəstəkləyirik".
Politoloq Arzu Nağıyev isə baş verənlərin regiondakı gərginliyi artıracağını vurğulayıb: "Bu təxribatı Türkiyə-Rusiya münasibətinə xələl gətirmək məqsədi ilə həyata keçiriblər. Bu olayla bağlı müxtəlif tərəflər müxtəlif qüvvələri günahlandırır. Lakin fikir verirsinizsə, Rusiya tərəfi bu qətlin hansı qüvvələr tərəfindən, kimin sifarişi ilə gerçəkləşməsi məsələsində susur. Məsələ Rusiya xüsusi xidmət orqanları tərəfindən araşdırılmaqdadır və baş verənlərə bu araşdırmanın nəticəsinə uyğun olaraq qiymət veriləcək.
Rusiya tərəfinin özü hazırkı məqamda bu olaydakimin sifarişçi, kimin icraçı olduğunu deməkdə çətinlik çəkir. Hələlik isə hadisənin FETÖ, İŞİD və s. qruplaşmalar təərfindən həyata keçirilməsi ilə bağlı fikirlər səslənir. Lakin təbii ki, baş verənlər regiona, regionda həyata keçiriləcək makroiqtisadi layihələrə də zərbə vura bilər. Çünki hər kəs üçün önəmli məsələ təhlükəsizlikdir. Əgər böyük bir dövlətin səfirinə qarşı sui-qəsd həyata keçirilirsə, deməli regional müstəvidə də bu cür olayların baş verməsi istisna deyil. Heç bir dövlət belə terror hadisələrindən sığortalanmayıb. Odur ki, hazırda səfirliklər gücləndirilmiş iş rejimində işləyirlər. Artıq bu cür təkliflər var ki, səfirliyin daxili təhlükəsizliyi ilə həmin dövlətin özü, perimetr üzrə isə səfirliyin yerləşdiyi dövlət məşğul olsun.
Bu baxımdan yaxın gələcəkdə gərginliyin artması ehtimalı böyükdür. Çünki Suriya və Avropada baş verən terraktlar, ərəb dövlətlərində sonu görünməyən mübarizələr, Yaxın Şərq regionundakı proseslər, Dağlıq Qarabağ probleminin hələ də öz həllini tapmaması və s. gərginliyin artması üçün zəmin yaradır. Bu gərginlik isə terror olaylarının təkrarlanması ehtimalını aktuallaşdırır".
Politoloq Zərdüşt Əlizadənin fikrincə, səfirin qətlə yetirilməsi adi hadisə deyildir: "Terror aktı nəticəsində onlarla insan qətlə yetirilir. Nəticədə heç nə dəyişmir. Ancaq Rusiya və Türkiyə siyasi rəhbərliyi bu qətlin mənasını anlayır. Rusiya və Türkiyə rəhbərliyi açıq şəkildə bildirdi ki, bu terror hadisəsi iki dövlətin münasibətlərinə təsir etməyəcək. Münasibətləri inkişaf etdirmək tərəflərin qəti niyyətidir".
Türkiyənin bundan sonra Qərblə münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı politoloq bildirdi ki, Türkiyənin tərəf müqabili Qərb, ABŞ, NATO-dur: "Türkiyə ABŞ, NATO, Qərblə yaxın münasibətə olmasaydı adi, hörmətsiz müsəlman dövlətlərinin birinə çevrilə bilərdi. Məhz Türkiyənin Qərblə olan münasibətləri, NATO-nun üzvü olması, onu bütün müsəlman dünyasında nüfuz, hörmət sahibi edib. Türkiyə də bunu çox gözəl anlayır və Türkiyə belə də davam edəcək".

Əli