Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
9 Avqust 2024 13:43
3 003
Yaponiyanın Baş naziri Fumio Kişida Qazaxıstan, Özbəkistan və Monqolustana planlaşdırılan dörd günlük səfərini ləğv edib.
APA "Kyodo" agentliyinə istinadən xəbər verir ki, bu barədə Baş nazir Kişida mətbuat konfransında deyib.
O bildirib ki, potensial zəlzələ ilə bağlı "hökumətin cavab reaksiyasına və məlumatların yayılmasına diqqət yetirmək" üçün xarici səfərini ləğv edib.
"Ölkənin böhran idarəçiliyinə cavabdeh olan yüksək vəzifəli şəxs olaraq, əlavə bir tədbir olaraq, ən azı bir həftə Yaponiyada qalmalıyam", Kişida əlavə edib.
O, cümə günü axşam Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya dövlətləri - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Yaponiyanın birgə ilk sammitdə iştirak etməli və birgə bəyannamə qəbul etməli idi.
Bazar ertəsi isə onun Monqolustanın paytaxtı Ulan-Batorda ölkə prezidenti Uxnaa Khurelsukh və baş nazir Luvsannamsrai Oyun-Erdene ilə görüşü nəzərdə tutulurdu.
Xatırladaq ki, Yaponiya Meteorologiya Agentliyi cümə axşamı ölkənin cənub-qərbində baş verən 7,1 bal gücündə zəlzələdən sonra Nankai çökəkliyi ətrafındakı ərazilərdə zəlzələ ehtimalı barədə xəbərdarlıq edib.