Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
12 Avqust 2024 15:35
2 506
Almaniyanın Ukraynaya təqdim etdiyi silahlar təhvil verildiyi andan Ukraynanın mülkiyyətinə keçir, Kiyev lazımi və düzgün hesab etdiyi silahlardan istifadə edə bilər.
APA “Ukrinform“a istinadən xəbər verir ki, bu barədə brifinqdə Almaniya Müdafiə Nazirliyinin sözçüsü Arno Kollats bildirib.
Müdafiə Nazirliyinin sözçüsü deyib ki, "Kursk vilayətinin ərazisindəki hərəkətlərin qeyri-qanuniliyindən söhbət gedə bilməz.
“Beynəlxalq hüquq öz dövlətini qorumaq naminə işğalçı ölkənin ərazisində hərbi əməliyyatlar keçirmək imkanını nəzərdə tutur. Almaniyadan verilən silahlar Ukraynaya təhvil verildikdən sonra onlar artıq Ukraynaya məxsusdur və Ukrayna silahlarıdır... Heç bir maneə yoxdur, ona görə də Ukrayna öz variantlarını seçməkdə azaddır", - deyən Müdafiə Nazirliyinin sözçüsü Ukraynanın beynəlxalq hüquq normalarını yerinə yetirməyə borclu olduğunu bildirib.
Kollats qeyd edib ki, uzaqmənzilli silahlardan istifadə fərqli, siyasi məsələdir.