26 Sentyabr 2024 08:13
3 318
Yaxın Şərq regionu tammiqyaslı münaqişə astanasındadır.
Bu barədə jurnalistlərə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
"İsrail Qəzza və Livana hücumlarını dərhal dayandırmalıdır. Qəzzada atəşkəs olmadan sülhə zəmanət yoxdur. Təhlükəsizlik Şurası İsrailin apardığı müharibəni dayandırmaq, atəşkəsi təşviq etmək və bununla da günahsız insanların həyatını xilas etmək üçün dərhal sülhü qəbul etməlidir. Əks halda, regionda genişmiqyaslı münaqişə başlaya bilər” - o, deyib.
Əraqçi əlavə edib ki, Livanda genişmiqyaslı müharibə olacağı təqdirdə Tehran kənarda dayanmayacaq.
Cavid
12 Mart 21:35
910
12 Mart 20:53
959
12 Mart 20:48
1 064