Qarabağ və Şərqi Zəngəzurda pərakəndə ticarət dövriyyəsinin həcmi açıqlanıb
Nazir: "Yaşıl enerji" layihələri Avropa İttifaqı ilə əməkdaşlığı daha da gücləndirir
Borrero: Xəzər–Avropa yaşıl enerji dəhlizi üzrə əməkdaşlıq genişləndiriləcək
Tramp İran əməliyyatını dörd məqsədə çatana qədər dayandırmayacaq
19 Oktyabr 2024 19:57
2 016
NATO müttəfiqimiz olan Almaniya ilə iki böyük dövlət arasında hər sahədə sıx əlaqələrimiz var. Son dövrdə ölkələrimiz arasındakı yüksək səviyyəli ziyarətlər bunun açıq göstəricisidir.
Xalqcebhesi.az xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Almaniya kansleri Olaf Şolts ilə keçirdiyi görüşdən sonra mətbuata açıqlamasında bildirib.
"Bu əlaqələrin lokomotivi insan bağlarımız və ortaq maraqlarımızdır. Almaniyada 3,5 milyondan çox insanı əhatə edən bir Türk cəmiyyəti yaşayır. Hər il ölkəmizi 6 milyondan çox alman turist ziyarət edir. Təbii ki, biz bu sayın daha da artmasını arzulayırıq. Bugünkü görüşlərimizi bu kimi əhatəli gündəm məsələləri üzərində qurduq. Ölkələrimiz arasındakı əlaqələri bütün ölçüləri ilə geniş şəkildə müzakirə etdik. İki ölkə arasında ticarət həcmi 50 milyard dollara çatıb. Hədəfimiz bu rəqəmi 60 milyard dollara çatdırmaqdır. Bu hədəfi həyata keçirmək üçün səylərimizi artırmışıq", - Ərdoğan qeyd edib.