Kəmaləddin Heydərov BMMT İcraiyyə Şurasının sessiyasında iştirak edib - VİDEO
İsrail XİN bütün ölkələri İranla əlaqələrini kəsməyə çağırıb
Tramp İranla müharibə üçün Konqresdən icazə istəməyəcəyini bildirib
“Enerji marşrutlarının risk altına düşməsi rəqabəti kəskinləşdirir”
İrandan Azərbaycan sərhədi ilə indiyədək 725 nəfər təxliyə edilib - FOTO - YENİLƏNİB - FOTO
25 Oktyabr 2024 20:59
2 604
Filippində “Trami” tropik qasırğası səbəbindən ölənlərin sayı 81-ə çatıb, ən azı 20 nəfər itkin düşüb.
Xalqcebhesi.az xəbər verir ki, həftə ərzində “Trami”nin gətirdiyi şiddətli yağış kütləvi daşqın və torpaq sürüşmələrinə səbəb olub. Ən çox ölüm Batanqas əyalətində (47) və Bikol regionunda (28) qeydə alınıb. Bundan başqa, infrastruktura, evlərə, kommunikasiya xətlərinə, avtomobillərə ciddi ziyan dəyib. Bir neçə hava limanında yüzlərlə uçuş təxirə salınıb. Hazırda təbii fəlakət bölgəsində itkin düşənlərin axtarışları və fəsadların aradan qaldırılması işləri aparılır.
Qeyd edək ki, “Trami” bu il Filippini vuran 11-ci qasırğadır. Ölkənin təbii fəlakətlərlə mübarizə mərkəzi 15 region üzrə 2,6 milyon nəfərin qasırğanın fəsadlarından təsirləndiyini, 320 min nəfərin daimi yaşayış yerini tərk etmək məcburiyyətində qaldığını açıqlayıb.