Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
30 Oktyabr 2024 21:06
3 234
Gürcüstan Prezidenti Salome Zurabişvili oktyabrın 26-da parlament seçkilərinin mümkün saxtalaşdırılması işi ilə bağlı çağırıldığı Baş Prokurorluğa getməyəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə prezident özü məlumat verib.
"Hər kəs öz işi ilə məşğul olmalıdır. Mən prezident kimi işimi davam etdirəcəyəm və açıq-aydın prokurora getmək fikrim yoxdur", - o bildirib.
Onun sözlərinə görə, istintaq orqanı konkret işin sübutunu özü tapmalı, bunu prezidentdən tələb etməməlidir.
Zurabişvili həmçinin qeyd edib ki, onun prokurorluğa çağırılması şübhəli şəkildə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin bəyanatı ilə üst-üstə düşür.
Qeyd edək ki, daha öncə Medvedyev açıqlamasında bildirib ki, Zurabişvilinin öz ölkəsində iğtişaşlara səbəb olan hərəkətlərinə standart cavab onun vəzifəsindən uzaqlaşdırılması və həbsi olacaq.
Bundan dərhal sonra isə Gürcüstanın Baş Prokurorluğu Prezident Salome Zurabişvilini sonuncu parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı səsləndirdiyi fikirlərə görə dindirilməyə çağırıb.