6 Avqust 14:47
Azərbaycanda aktiv vakansiyaların sayı 65 mini ötüb, ən yüksək əməkhaqqı 10 min manatdır
Ötən ay sərnişinlər metro ilə 16 milyondan çox səfər ediblər
Ali Məhkəmə: Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir
Paşinyan: Ermənistanın Aİİ-yə alternativ olaraq Aİ üzvlüyü variantı hazırda mövcud deyil
Paşinyan: Ermənistan üçün Aİİ ilə əməkdaşlığın gücləndirilməsi prioritet olaraq qalır
6 Dekabr 2024 15:29
2 590
Nəhayət, hamı əmin oldu ki, Gürcüstan dövləti həmişəkindən daha güclüdür və heç kim dövlətimizin gücünü heç bir şantajla sarsıda bilməz.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib.
O, müxalifət nümayəndələrinin şəhərin küçələrində “müharibə imitasiya etmək cəhdi”nin uğursuz olduğunu, növbəti “Maydan” təşkil etmək cəhdinin iflasa uğradığını qeyd edib.
“Radikal müxalifətin Gürcüstanda “Maydan” təşkil etmək cəhdi olub. Üstəlik, şəhərimizin küçələrində müharibə imitasiya etmək cəhdi təşkil etdilər, halbuki görürsünüz ki, bu müharibə imitasiyası uğursuzluqla nəticələndi. Gürcüstanda növbəti “Maydan” təşkil etmək cəhdi isə uğursuzluğa düçar oldu. Ötən 4 il ərzində ölkəmizdə Maydan təşkil etmək üçün dörd cəhd olub, lakin dövlət hər dörd cəhdə uğurla cavab verib” - Baş nazir bildirib.