24 Sentyabr 18:13
Bakıda keçirilən Formula 2 üzrə sprint yarışında zəncirvari qəza olub
Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iştirakçılarına müraciət ünvanlayıb
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başlayıb
Bu ilin 8 ayında Azərbaycana 1586 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
20 Dekabr 2024 12:05
2 779
Tbilisidə aksiyalar zamanı Gürcüstan Daxili İşlər Nazirliyinin 171 əməkdaşı yaralanıb, onlardan bəziləri ağır bədən xəsarətləri alıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin bəyanatında bildirilib. Qeyd olunub ki, aksiyalarda yaralanan 10-a yaxın polis əməkdaşına ağır cərrahi müdaxilə edilib, 40-a yaxın polis isə üz, baş və göz xəsarətləri alıb.
Aksiyalar zamanı 60-a yaxın oğurluq halının qeydə alındığı bildirilib.
DİN-in bəyanatında müxtəlif siyasi qrupların və təşkilatların hüquq mühafizə orqanlarının əməkdaşlarını gözdən salmağa çalışdığı qeyd olunub