Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
20 Dekabr 2024 18:40
2 667
Vladimir Putinin Suriyada olan 4 min İran hərbçisinin Rusiya tərəfindən təxliyə edilməsi barədəki çıxışı həqiqəti əks etdirmir.
Xalqcebhesi.az xəbər verir ki, bunu SEPAH komandiri və İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü İsmayıl Kövsəri deyib.
“İran öz qüvvələrinin Rusiya tərəfindən köçürülməsinə imkan verməz, Rusiya Suriyada müşavir kimi işləyən Livan, Əfqanıstan və digər ölkələrin bir sıra vətəndaşlarını Tehrana köçürüb",- Kövsəri bildirib.
SEPAH-ın "Xatəm əl-Ənbiya" qərargahının komandir müavini Məhəmməd Cəfər Əsədi də verdiyi açıqlamasında Rusiyanın yalnız əfqanıstanlıları Suriyadan İrana köçürdüyünü bildirib.
Qeyd edək ki, dekabrın 19-da Rusiya Prezidenti Vladimir Putin Rusiyanın İranın 4 min döyüşçünün Suriyadan təxliyə etdiyini demişdi.
24 Oktyabr 22:16
945
24 Oktyabr 21:24
973
24 Oktyabr 20:24
973