Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
20 Yanvar 2025 17:37
5 264
Ermənistan hökuməti Baş nazir Nikol Paşinyanı Prezident Donald Trampın andiçmə mərasimində iştirakçılar siyahısına daxil etmək üçün ən azı iki dəfə müraciət edib. Bu tələblər Dövlət Departamentinə və Trampın ofisinə göndərilib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Enabludatel" Teleqram kanalı yazıb.
Qeyd olunub ki, sonuncu dəfə bu müraciət yazılı şəkildə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən ABŞ-ın Dövlət katibi Entoni Blinkenə təqdim edilib, strateji tərəfdaşlıq sazişinin imzalanmasından əvvəl. Blinken Mirzoyana məsələnin müsbət həll ediləcəyini vəd edib.
Lakin bütün səylər boşa çıxıb. Paşinyan Mirzoyana yeni bir tapşırıq verib: Tramp İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla görüşməmiş onun fevralın ortasına qədər Trampla şəxsi görüşü təmin edilməlidir.