
Zelenski: Təhlükəsizliyin əsas təminatı Ukraynanın güclü ordusudur
4 Sentyabr 17:54
4 Sentyabr 17:54
4 Sentyabr 17:41
4 Sentyabr 17:21
4 Sentyabr 17:12
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Pakistanın Pəncab əyalətinin Multan şəhərində LPG tankeri partlayıb.
Xalqcəbhəsi.az Türkiyənin “haberglobal.com.tr” saytına istinadən bildirir ki, sənaye zonasında baş verən partlayış nəticəsində 6 nəfər həyatını itirib, 13-ü ağır olmaqla 30 nəfər yaralanıb. Tankerin ətrafa səpələnmiş hissələri avtomobillərə və binalara ziyan vurub.
Xilasedicilər partlayışdan sonra başlayan yanğının saatlarla davam edən çalışmalardan sonra söndürüldüyünü bildiriblər. Yanğın nəticəsində çoxlu mal-qara da tələf olub.
Polis əməkdaşı Sadiq Əli tankerdən qaz sızmasının davam etdiyini və ərazidə evakuasiya işlərinə başlanıldığını bildirib. Yaralıların müalicə aldığı Niştar xəstəxanasında fövqəladə vəziyyət elan edilib, ehtiyat tədbiri olaraq ərazidə qaz və işıq kəsilib.