Dövlət Departamenti: Gürcüstan Azərbaycanla Ermənistan arasındakı sülhdən faydalana bilər
Ceyhun Bayramov: Sabah Qətərdə qalan insanlarımız Ciddədən təxliyə ediləcək
Azərbaycan XİN: 50-dən çox ölkə vətəndaşlarının İrandan təxliyəsi üçün müraciət edib
Ceyhun Bayramov: Hərbi qüvvələrin hazırlıq səviyyəsi daha da yüksəldilir, bütün tapşırıqlar verilib
14 Fevral 2025 22:55
2 625.jpg)
Rusiya Prezidenti Vladimir Putin keçmiş prezident Co Bayden və Ukrayna lideri Vladimir Zelenski ilə danışıqlara getməmək, bunun əvəzinə ABŞ-ın yeni administrasiyasının rəhbəri Donald Trampın mümkün gəlişini və onunla danışıqlara qədər gözləmək strategiyası ilə ABŞ, NATO və Ukraynaya qalib gəldi.
Xalqcebhesi.az xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri, “Amerika qırğısı” ləqəbli ilə tanınan Con Bolton Tramp-Putin telefon danışığı haqda qeyd edib.
“Bu həftə Putin ABŞ, NATO və Ukrayna üzərində böyük qələbə qazandı və buna görə də o, Bayden və ya Zelenski ilə danışıqlar aparmadı. O, Trampla danışıqları gözlədi, çünki Kremlin Trampla razılaşmadan daha çox fayda əldə edəcəyinə inanırdı. Və o, tamamilə haqlı idi", - Bolton bildirib.