

22 İyul 17:05
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Ukrayna Silahlı Qüvvələri son 24 saat ərzində Belqorod vilayətinin 7 rayonuna 39 döyüş sursatı və 59 pilotsuz uçan aparatdan atəş açıb.
Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.
"Şebekinsky bələdiyyə rayonunda Murom kəndi atəşə tutulub, bu zaman Ziborovka, Murom və Novaya Tavoljanka kəndləri ərazisinə də 31 pilotsuz uçan aparatdan hücum edilib, onlardan 29-u vurulub və 4 evə ziyan dəyib”.
Borisov rayonuna 7 pilotsuz uçan aparatından hücum edilib, bir yük maşını, dörd avtomobil və elektrik xətti zədələnərək hücuma məruz qalıb. Qrayvoronski rayonu ərazisinə altı pilotsuz təyyarə buraxılıb, qaraj və elektrik xətti zədələnib.
Volokonovski rayonunda Tişanka kəndinə altı döyüş sursatı və iki pilotsuz uçuş aparatı atılıb, dörd fərdi yaşayış evi və iki yardımçı tikili zədələnib. Belqorod rayonuna beş pilotsuz təyyarənin köməyi ilə hücum edilib, şəxsi evə ziyan dəyib.
Cavid