“Türkiyədə müəyyən dairələrin Azərbaycana münasibətdə qeyri-adekvat davranışı qəbul edilməzdir”
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 6 dəfəyə yaxın artıb
“Fransada baş verənlər Makron hakimiyyətinin siyasi və sosial böhranının göstəricisidir”
Rubio: "Zelenski diqqətini sülhə və müharibənin bitirilməsinə yönəltməlidir"
Fransanın Daxili İşlər naziri etirazlar fonunda istefa verib
09:49
462
Yəməndəki münaqişənin hazırkı mərhələsi strateji məkan və təsir uğrunda mübarizə xarakteri daşıyır.
Husilər son vaxtlar əldə etdikləri ərazi qazanclarını möhkəmləndirməyə və Taizi cənuba doğru gələcək hücumlar üçün yeni bir dayaq nöqtəsinə çevirməyə çalışırlar. Səudiyyə Ərəbistanının geniş dəstəyinə malik olan hökumət qüvvələri isə əməliyyat təşəbbüsünü ələ keçirməyə, sahil xətti üzərində tam nəzarəti bərpa etməyə və Taizdə uzun müddətdir davam edən mühasirəni aradan qaldırmağa cəhd göstərirlər.
Xalqcebhesi.az xəbər verir ki, bunu Yaxın Şərq üzrə ekspert Vasili Papava deyib.
"Nəticədə, döyüş əməliyyatlarının diqqət mərkəzi sadəcə mövqe qarşıdurmasından rəqibin iqtisadi və logistik damarlarının iflic edilməsinə yönəldi.
Xarici dövlətlər öz strateji maraqlarını güdürlər: Səudiyyə Ərəbistanı — sərhədlərinin təhlükəsizliyini və qlobal dəniz ticarət yollarını; İran — regional rəqiblərinin zəiflədilməsini və asimmetrik təsir imkanlarının gücləndirilməsini; BƏƏ isə — Cənubi Yəməndəki limanlar və adalar üzərindəki təsirini qoruyub saxlamağı hədəfləyir" - o, deyib.
Papava qeyd edib ki, 2022-ci ildəki atəşkəsdən sonra müvəqqəti olaraq səngimiş münaqişə yenidən açıq və amansız qarşıdurma mərhələsinə qədəm qoyub; bu vəziyyətdə bütün tərəflər üçün risklər son dərəcə yüksəkdir:
"Nəticə etibarilə, Yəməndəki böhran Yaxın Şərqdə təhlükəsizlik baxımından ən qeyri-sabit və partlayışa hazır nöqtə olaraq qalır, onun uzunmüddətli sabitləşməsi isə regional güc balansının dəyişməsindən asılıdır" .
Cavid