Bakı-Qəbələ-Bakı dəmir yolu marşrutu üzrə əlavə reyslər təşkil olunacaq Hadisə

Bakı-Qəbələ-Bakı dəmir yolu marşrutu üzrə əlavə reyslər təşkil olunacaq

Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təşkil olunacaq.

"APA-Economics" xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

Məlumata görə, Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar ardıcıl dörd qeyri-iş günündə sərnişin tələbatını qarşılamaq məqsədilə noyabrın 7-də, 8-də, 9-da və 10-da Bakı-Qəbələ-Bakı marşrutu üzrə həm gediş, həm də dönüş reysləri təşkil ediləcək.

Biletləri ADY-nin rəsmi internet saytı, “ADY Mobile” tətbiqi və dəmiryol kassalarından əldə etmək mümkündür.