

21 May 23:08
21 May 17:43
21 May 16:23
“Qazaxıstan Fond Birjası ilə (KASE) bazarı dərinləşdirmək və iştirakçıların sayını artırmaq üçün inteqrasiyaya çalışırıq”.
“APA-Economics” xəbər verir ki, bunu Bakı Fond Birjasının İdarə Heyətinin sədr müavini Oktay Qasımov deyib.
O bildirib ki, son illərdə iki birja arasında münasibətlər inkişaf edib: “Tez-tez bir-birimizi ziyarət edirik, müxtəlif tədbirlərdə görüşürük, əməkdaşlıq edə biləcəyimiz istiqamətləri müzakirə edirik, kapital bazarı üzrə təcrübə və praktikalar mübadiləsi aparırıq. Xüsusilə, bu, birja məlumatları, qarşılıqlı listinq, sponsorlu listinq sahələrinə aiddir”.
Oktay Qasımov əlavə edib ki, bu kontekstdə BFB KASE ilə birlikdə ortaq fəaliyyət və təcrübə mübadiləsinə yönəlmiş bütün təşəbbüsləri dəstəkləyəcək.