20 Aprel 15:36
12 İyun 2025 12:49
3 633
Aİ-yə üzv ölkələr arasında Gürcüstanla vizasız rejimin dayandırılmasına dair müzakirələr aparılır.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski jurnalistlərə açıqlamasında deyib.
“Üzv ölkələr arasında nə edilə biləcəyinə dair müzakirələr davam edir və ideyalardan biri vizasız rejimin dayandırılmasıdır”, - Herçinski deyib. O, Gürcüstanla Aİ arasında münasibətlərin son bir ildə yaxşı istiqamətdə getmədiyini qeyd edib.
"Gürcüstan illərdir ki, Aİ ilə imtiyazlı münasibətlərə malikdir. Biz gürcülərlə Avropaya vizasız gediş-gəliş və azad ticarət zonası imkanlarını paylaşmışıq. Üç il əvvəl Gürcüstan namizəd ölkə statusu almaq üçün müraciət etmişdi və biz ona rəsmi olaraq Aİ-yə namizəd ölkə statusu vermişik. Lakin təəssüf ki, təxminən bir ildir ki, Aİ ilə Gürcüstan arasında münasibətlər yaxşı getmir", - Herçinksi deyib.
20 Aprel 21:54
959
20 Aprel 21:28
1 141
20 Aprel 20:56
1 141