Mayın əvvəlindən bəri Hörmüz boğazından 800-dən çox ticarət gəmisi keçib
Ukraynanın üç regionunda elektrik enerjisinin kəsilməsi qeydə alınıb
ABŞ-nin İrana yeni zərbələri qeyri-rəsmi olaraq "Şillə" əməliyyatı adlandırılıb
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndəriləcək
“Münasibətlərin tam normallaşdığını söyləmək hələ mümkün deyil”
13 İyun 2025 12:12
2 142
Gürcüstanın müxalif “Dəyişiklik üçün” koalisiyasının lideri Nika Qvaramia həbs edilib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məhkəmə onun girov müqabilində azadlığa buraxılması qərarını həbs qətimkan tədbiri ilə əvəzləyib. Bugünkü sessiyada dövlət ittihamçısı Qvaramianın 30 min lari girov müqabilində azadlığa buraxılması qərarının dəyişdirilməsi ilə bağlı vəsatət qaldırıb. Dövlət ittihamçısı bunu Qvaramianın girov məbləğini ödəməməsi ilə əlaqələndirib. Qvaramia məhkəmə iclasında iştirak etməyib.
Qeyd edək ki, Qvaramiaya qarşı parlamentin Müvəqqəti Təhqiqat Komissiyasının dindirməsində iştirakdan imtina etdiyinə görə cinayət işi açılıb. Ona girovu ödəməsi üçün verilən 50 gün vaxt iyunun 7-də başa çatıb.
Məhkəmənin qərarından sonra Qvaramia öz avtomobili ilə 12 saylı Rustavi Cəzaçəkmə Müəssisəsinə gedib.