Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib - CƏDVƏL
WUF13: Açılış və bağlanış mərasimlərinin keçiriləcəyi zal 6000-ə qədər iştirakçını qəbul edə biləcək
ABŞ nümayəndə heyəti TRIPP üzrə görülən işləri müzakirə etmək üçün Ermənistandadır
Prezident Bakı Olimpiya Stadionunda WUF13 ilə bağlı görülən işlərlə tanış olub
13 İyun 2025 17:03
2 555
İranın paytaxtı Tehran şəhərində cümə namazından sonra keçirilən yürüşdə iştirak edən iranlılar, İsrailin hücumlarını sərt şəkildə qınayaraq, hakimiyyətdən eyni dərəcədə sərt cavab verməsini tələb ediblər.
Xalqcebhesi.az xəbər verir ki, Tehran Universitetinin həyətində qılınan cümə namazından sonra İnqilab Meydanına doğru yürüş edən izdiham, İsrail və ABŞ əleyhinə şüarlar səsləndirib. Nümayişçilər "İntiqam, yalnız intiqam!" şüarları ilə diqqət çəkiblər.
Yürüşdə iştirak edən iranlılar, İsrailin hücumlarına qarşı hakimiyyətdən sərt və qətiyyətli cavab verilməsini tələb ediblər. Bu etiraz aksiyası ölkədəki gərginliyin xalq arasında da güclü şəkildə hiss olunduğunu göstərir.
Məryəm Quliyeva