İsrailin İrana qarşı əməliyyatının gözlənilən müddəti açıqlanıb Dünya

İsrailin İrana qarşı əməliyyatının gözlənilən müddəti açıqlanıb

WSJ: İsrail İrana qarşı əməliyyatı iki həftəyə başa çatdırmağı planlaşdırır

İsrail, İrana qarşı başladığı hərbi əməliyyatı iki həftə ərzində başa çatdırmağı planlaşdırır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə The Wall Street Journal yüksək vəzifəli israilli məmura istinadən məlumat yayıb.

Qeyd olunur ki, Qərbi Qüdsdə bir dalğa hava zərbələrinin İranın nüvə proqramına ciddi zərər vurmaq üçün kifayət edəcəyinə inanılır.

Məlumata görə, İsrailin hücumlarının hədəfində eyni anda İran rəhbərliyinin nümayəndələri, silah anbarları və ölkənin strateji obyektləri olacaq. Bu taktika Tehranın cavab zərbəsi endirmək imkanlarını məhdudlaşdırmaq üçün seçilib.

Bundan əvvəl İsrailin Rusiyadakı səfiri Simona Halperin bildirmişdi ki, İsrail Müdafiə Qüvvələri (CAXAL) İranın nüvə silahı hazırlamaq proqramının əsas nöqtəsinə zərbə endirib.

Diplomatın sözlərinə görə, İsrail Natanzdakı əsas uran zənginləşdirmə obyektini vurub, nüvə bombası üzərində çalışan əsas iranlı alimi zərərsizləşdirib və İranın ballistik raket proqramına ciddi ziyan vurub.

Məryəm Quliyeva