KİV: Türkiyənin gömrük sistemində Ermənistanın rəsmi kodu tətbiq edilib
Hərbi Prokurorluq: Qeyri-hərbi cinayətlərin sayı 4,9 faiz azalıb
CENTCOM: İranın hücumları zamanı ABŞ hərbçiləri arasında itki olmayıb
FHN yanında İctimai şuranın üzvləri Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində olublar
Azərbaycanda “Birliyin Gücü – 2026” hərbi təlimi keçiriləcək
14 İyun 2025 22:43
2 471
Fransa Prezidenti Emmanuel Makron və İran Prezidenti Məsud Pezeşkiyan arasında telefon danışığı baş tutub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Fransa dövlət başçısı məlumat yayıb.
Makronun sözlərinə görə, onun ilk tələbi artıq üç ildən çoxdur İranda saxlanılan fransız vətəndaşları Sесil Koller və Jak Parinin dərhal azadlığa buraxılması olub.
Fransa lideri həmçinin bölgədəki təhlükəli gərginliyə toxunaraq İran hakimiyyətindən ölkəsinin regiondakı və İrandakı obyektlərinə və vətəndaşlarına qarşı hücumların yolverilməz olduğunu açıq şəkildə bildirib.
Prezident Emmanuel Makron İranın nüvə proqramı ilə bağlı vəziyyətin son dərəcə ciddi olduğunu vurğulayaraq, bu problemin yalnız danışıqlar yolu ilə həll edilə biləcəyini qeyd edib.
“Prezident Pezeşkiyanı mümkün qədər tez danışıqlar masasına qayıtmağa dəvət etdim. Bu, gərginliyin azaldılması üçün yeganə çıxış yoludur. Fransa bu məqsədə nail olmaq üçün bütün səylərini göstərməyə hazırdır”, – deyə Fransa lideri bəyan edib.