Türkiyə-İsrail savaşı uzaqda deyil Dünya

Türkiyə-İsrail savaşı uzaqda deyil

Coğrafiya taledir! Bunu unutmayaq. İnsan öz həyatında baş verən bütün şeyləri dəyişdirə bilər, lakin doğulub öləcəyi coğrafiyanı heç vaxt əvvəlcədən bilə bilməz. Ona görə də coğrafiya bizim taleyimizdir.

Tarix boyu tarixi qanlarla və müharibələrlə yazılmış Avropa ilə Asiya arasında coğrafiyamızda həmişə müharibə olub.

Hələ şimalımızda Ukrayna-Rusiya müharibəsi bitmədiyi, cənubumuzda İraq və Suriya müharibələri unudulmadığı, illərdir davam edən İsrail-Fələstin müharibələri bitmədiyi halda, indi İsrail qonşumuz İrana hücum edib.

Bəs Aralıq dənizinin şərqində kiçik bir coğrafiyada cəmi 7 milyon əhalisi olan sionizmin xidmətçiləri bu ürəyi və cəsarəti haradan və kimdən alırlar?

İlk növbədə bu faktı görməliyik. Amerika deyə irq və qəbilə yoxdur. Amerikan dili deyə bir dil də yoxdur. Amerika Birləşmiş Ştatlarını quran İngiltərədir!

Yaxın tarixə nəzər salsaq, Hindistan körfəzində və Ərəbistan körfəzindəki bütün ərəb ölkələri İngiltərənin müstəmləkəçiliyi altında idi. İngiltərə bu torpaqlardan çəkiləndə ABŞ-dən piyada kimi istifadə etdi. Yəni özü pərdə arxasından oyun qurucu və sahədəki silahı ilə ABŞ olub.

İsrailli yəhudilər bir əsrdir ki, boş durmadı. Elmə, biliyə və texnologiyaya sərmayə qoydular. Yəhudi iş adamları əvvəlcə ABŞ-də nəzarəti ələ keçirdilər. Daha sonra Avropanın aparıcı ölkələrini nəzarətə götürərək gücləndilər.

Bundan sonra sionizmin qulluqçuları Tövratda yazıldığı iddia edilən cəfəng bir xəyalın arxasınca getdilər.

Nilin şimalını, Nilin şərqini və bir sözlə coğrafiyamızı döyüş meydanına çevirərək özlərinə məkan yaratmağa çalışırlar.

Onlar Fələstin dövlətini yox edərək Suriya, İordaniya, Livan kimi qonşularını da udub öz xəyallarına çatmaq istəyirlər. Bu bir gerçəkdir.

Bəs İsrailin İranla dərdi nədir?

İsrailin sadaladığımız bütün bu arzularına çatmaqda qarşısında duran yeganə maneənin İran olduğunu düşünürlər. Niyə? Çünki İran nüvə silahı hazırlamaq üçün var gücü ilə çalışır.

ABŞ-nin əlində nüvə silahı var, Rusiyada, Çində, həmçinin İsraildə də var. Amma onlar istəyirlər ki, bu bölgədə bizdən başqa heç kimin nüvə və kimyəvi silahı olmasın!

Körfəzdəki ərəb ölkələri artıq illərdir ABŞ-nin nəzarəti altındadır. Onlar səslərini çıxara bilmirlər. Eləcə də Misir də ABŞ-nin nəzarəti altındadır. Geriyə iki təhdid yaradan qalır. Biri İran, digəri Şimal Ulduzu (Türkiyə)

İsrail qarşısındakı ilk maneəni aradan qaldırmaq üçün ona daha yaxın olan Suriya və İraq coğrafiyasından keçərək İrana hücum etdi.

ABŞ və digər Qərb ölkələrində məşhur yəhudi iş adamlarının iki arzusu var. Birincisi, Böyük İsrail Dövlətinin yaradılması və ona yer açılmasıdır. Digəri isə qloballaşmadır.

Böyük İsrail Dövləti üçün yer açmaq arzusu addım-addım davam edir! Bu zehniyyət “biz, böyük əlavə dəyərli texnologiyalar istehsal edəcəyik və dünyanın qalan icmaları onları istehlak edib bizim üçün işləyəcək”,-deyə plan qurub. Sionizmin əsl hədəfi budur.

Onlar bu xəyallarını həyata keçirmək üçün qarşılarına çıxan hər kəsi aradan qaldırmaq üçün var gücləri ilə mübarizə aparmaq istəyirlər.

ABŞ və Qərb ölkələrində 12 məşhur iş adamının hamısı yəhudi əsillidir. Həyatımızdakı bütün texnologiya və istehlak mallarını onlar istehsal edirlər. Hətta Çini idarə edən Li ailəsi də yəhudilərin nəzarəti altındadır. Siz onların bir-birinin üstünə bağırıb-çığırmaqlarına baxmayın. Bir çox ABŞ texnologiya markaları Çində istehsal olunur və dünyaya satılır.

ABŞ-ni idarə edən bu məşhur sionistlərin qloballaşma layihəsində dünyada yalnız və yalnız 10 milli dövlətə yer var.

Bu layihədə hər qitədə bir böyük qardaş olacaq.

Sizcə, İngiltərə nə üçün milyardlarla avro təzminat ödəyərək Avropa İttifaqından çıxdı? Onların hamısı bu layihənin bir parçasıdır.

Bu layihədə 90 milyon əhalisi olan İran parçalanır və sadəcə 45 milyonluq dövlətə çevrilir.

Hər fürsətdə ABŞ-nin qarşısına çıxan Rusiya Federasiyası da parçalanır və Rusiyanın tərkibindəki müsəlman icmaları ayrılır.

Bəs Türkiyə bu layihənin harasındadır?

Türkiyə əvvəldən ABŞ-nin yanında olsa da, yaxın tarixdə onun vaxtaşırı tərs düşüb yönünü Rusiyaya tərəf çevirdiyini gördük.

Türkiyə xarici siyasətdə uğurlu və ya uğursuzmu, bunu gələcəkdə görəcəyik.

Bəs İsrail Türkiyəyə hücum edə bilərmi?

Türkiyə ABŞ və Qərb ölkələrindəki sionistlərlə tərs düşdüyü an hədəfə çevriləcək. Bu aydındır!

Əslində İsrailin ən böyük hədəfi Türkiyə deyil. Əsas hədəf Şimali Kipr Türk Cümhuriyyətidir (ŞKTC).

Bəs biz bunu haradan anlayırıq? Çünki o, İsrailin qonşusu olan digər ölkələri yıxıb, zəiflətdi. Bu kiçik, zəif ölkələr indi onlar üçün təsirsizdir!

İrandan sonra yeganə hədəf ŞKTC qalır.

İndi başa düşürsünüz ki, dünya ölkələri ŞKTC-ni niyə tanımır?

Bu yaxınlarda ŞKTC-dən gələn və mühüm vəzifə tutan bir dostumla danışdım. "Kipr əldə getmiş qardaş" dedi.

O, izah etməyə başladı.

-ŞKTC-nin əhalisi 4-5 il əvvəl 150-200 min idi. İndi 350 mindir.

- Bu necə oldu?

-İsrailli zənginlər ŞKTC-dən torpaq almaqla məşğuldur! Qardaş...

Bəs Türkiyə buna cavab olaraq nə edir?

Türkiyənin ŞKTC-də də bəzi strateji addımları var. Amma bunun kifayət edib-etməyəcəyini zaman göstərəcək.

Dediyimiz kimi, Qərbin inkişaf etmiş ölkələrini idarə edən yəhudi iş adamları Böyük İsrail Dövləti yaratmaq və ona yer açmaq istəyirlər.

Burnunun dibində olan ŞKTC-ni və Şərqi Aralıq dənizindəki bu coğrafiyanı unutacağını düşünmək çox sadəlövhlük və saflıq olardı, elə deyilmi?

Ola bilsin ki, Tramp və Ərdoğan dönəmində olmaya bilər, amma çox uzaq olmamaqla birlikdə yaxın tarixdə bizim İsraillə döyüşməmiz qaçılmaz olacaq!

Bu, xəyalpərəstlik deyil. Bu bir reallıqdır. Bunu görəcəyik!

Dediyimiz kimi, “coğrafiya taledir”. Türklərin Anadolunu özlərinə yurd etdikdən 1071-ci ildən bəri bu coğrafiyada müharibə heç vaxt əskik olmayıb. Bu coğrafiya bizə atalarımız tərəfindən qanla əmanət edilib. Atalarımız böyük bədəllər ödəyiblər. Hələ də ödəyirik. Biz qorxudan bu coğrafiyanı tərk etmək fikrində deyilik.

Bizim də bütün bu gerçəkləri görüb ona uyğun çalışmağımız lazımdır. Onların bir xəyalı varsa, bizim də xəyalımız var...

Bunu heç bir zaman unutmadan, övladlarımızı elmdən ayırmadan daim çalışmaq lazımdır...

GÜNÜN SÖZÜ

Sionistlər üçün ən böyük qorxu Şimal Ulduzudur.

İzzət Sarı