Türkiyə Rusiya ilə birgə “S-400” istehsal edəcək Dünya

Türkiyə Rusiya ilə birgə “S-400” istehsal edəcək

Rəcəb Tayyib Ərdoğan: "İmzalar atılıb, ümid edirəm ki, biz S-400-ləri ölkəmizdə görəcəyik və birlikdə onların istehsalını həyata keçirəcəyik"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Rusiya və Türkiyə S-400 tipli zenit-raket komplekslərinin tədarükü üzrə saziş imzalayıb. Bu barədə "Xalq Cəbhəsi" "Rİa Novosti"yə istinadən xəbər verir.
"Biz Rusiya Federasiyası ilə lazımı addımları atdıq, imzalar atılıb, ümid edirəm ki, biz S-400-ləri ölkəmizdə görəcəyik və birlikdə onların istehsalını həyata keçirəcəyik", - deyə Ərdoğan Ankarada hakim partiyanın parlament fraksiyası önündə çıxışı zamanı bildirib.
Türk lider nə vaxt və hansı sənədlərin imzalanmasını dəqiqləşdirməyib.
Ərdoğan əlavə edib ki, Hər bir ölkə öz təhlükəsizliyini təmin etmək üçün müəyyən tədbirlər görmək hüququna malikdir: "Əgər birgə istehsal imkanı varsa, onda bu bizim üçün prioritetdir. Lakin biz bunu ABŞ-la birgə illərdir ki, edə bilmiriksə, onda özümüz həll yolu tapacağıq. Yunanıstan "S-300"-lərdən istifadə edir və bu ABŞ-ı narahat etmir. Niyə onları bizim Rusiya ilə əməkdaşlığımız narahat edir?".
Kremlin sözçüsü Dmitri Peskov isə mətbuata açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın S-400 raketdən müdafiə sistemlərinin satışı ilə əlaqədar Moskva və Ankara arasında imzalar atılması haqqında verdiyi açıqlamanı şərh etməyəcəklərini bildirib.